Xəzər Xəbər

DİQQƏT! Bu tarixdə Ay tutulması baş verəcək

Maraqlı | 18:46 • 13 May 2022
DİQQƏT! Bu tarixdə Ay tutulması baş verəcək

Mayın 16-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

XəzərXəbər xəbər verir ki, təbiət hadisəsi tam Ay tutulması olacaq.

Tutulma saat 07:29-da başlayacaq, saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq.

Qeyd edək ki, tutulma zamanı Ay üfüqdən aşağıda olacağı üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Xəbər lenti