Bakı 28 ℃
Xəzər Xəbər
USD 1.7

Koronavirusdan sağalan xəstələrdə daha bir qalıcı problem yarana bilər

Maraqlı | 12:52 • 12 İyun 2021
Koronavirusdan sağalan xəstələrdə daha bir qalıcı problem yarana bilər

Koronavirusdan sağalan bəzi xəstələrdə eşitmə ilə bağlı problem ola bilər.

XəzərXəbər oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Rospotrebnadzor” Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Klinik və Analitik İşlər üzrə direktor müavini Natalya Pşeniçnaya “RİA Novosti”yə danışıb.

Həkimin sözlərinə görə, qulaq tıxanması COVID-19 xəstələrinin 18-23 faiz müşahidə olunur. Bu da öz növbəsində eşitmə itkisinə gətirir. Bununla belə, Pşeniçnaya bu problemi həlli mümkün adlandırıb.

Eyni zamanda, mütəxəssis əlavə etdi ki, bəzən bu simptom sağaldıqdan sonra bir neçə həftə davam edir. İstisna hallarda kəskin neyrosensor eşitmə zəifliyi ola bilər.

Pşeniçnaya bu vəziyyətin dəqiq səbəbinin bilinmədiyini, lakin xəstəliyin ağır gedişatı və bəzi dərmanların istifadəsinin buna səbəb ola biləcəyini düşündüyünü bildirib.

Xəbər lenti

Çox oxunanlar