Xəzər Xəbər

Koronavirus peyvəndinin insanlar üzərində sınağı uğurlu oldu

Maraqlı | 10:49 • 19 May 2020
Koronavirus peyvəndinin insanlar üzərində sınağı uğurlu oldu

ABŞ-ın biotexnologiya şirkəti olan "Moderna”koronavirus peyvəndinin insanlar üzərində klinik sınaqlarının ilk mərhələsinin müvəffəqiyyətlə başa çatdığını elan edib.

Bu barədə "Reuters” xəbər yayıb.

Dərman aprel ayında bir qrup könüllü üzərində sınaqdan keçirilməyə başlanılıb. Nəticədə, "mRNA-1273” peyvəndinin vurulmasından sonratest iştirakçılarında antikorlarınmiqdarı dərman dozasından asılı olaraq fərqli nəticələr verib.

Test iştirakçıları bir neçə qrupa ayrılıb və onlara müxtəlif dozada peyvənd tətbiq edilib. Daha az doza verilənlər COVID-19-dan sağalanlarla eyni miqdarda antikor istehsal edib.

Böyük dozada peyvənd qəbul edənlərisə koronavirusdansağalmış xəstələrə nisbətən daha çox antikor istehsal edib./oxu.az

Xəbər lenti