Xəzər Xəbər

Bir çox dərdin dərmanı: Hətta ruhi xəstəni də sağaldır – İnanılmaz resept

Maraqlı | 12:53 • 23 Noyabr 2019
Bir çox dərdin dərmanı:

Çoxları bilməsə də, şam qozasının insan sağlamlığına inanılmaz faydaları var. Xüsusilə mövsüm dəyişkənliklərində yuxarı tənəffüs yolu xəstəliklərinə faydalı olan şam qozasının suyu diqqətdən qaçmır.

Şərq təbabətində tez-tez istifadə olunan şam qozası vitamin və minerallarla zəngindir.

Yeni çıxan qozalardan mürəbbə hazırlayanlar da var. Lakin qaynadılaraq suyunun içilməsi daha geniş yayılıb. Yay fəslinin sonu, payızın əvvəllərində toplanan qozaların əkildiyi yerlərə görə fəqli növləri var.

Şam qozasını sirkə ilə qaynadıb qarqara etdikdə, diş ətindəki infeksiyaları öldürür, diş köklərinin gücünü artırı. Eyni zamanda dişdəki ərpləri təmizləyərək, rəngini ağardır. Amma bu qarışımı içmək olmaz.

Bir yemək qaşığı zeytun yağı, bir ədəd üyüdülmüş qoza və bir qaşıq bal mumu qarışdırılaraq yaraya çəkildiyi zaman deformasiya olunmuş hüceyrələri bərpa edir, yaranın iz qalmadan sağalmasını sürətləndirir.

Yaşıl şam qozaları qaynadılaraq bir gün gözlədikdən sonra, süzüb, bal qatılaraq içilir. Bu içki boğazdakı mikrobları təmizləyərək bəlğəmi yox edir. Öskürək, bronxit nəfəs darlığı kimi xəstəliklərin müalicəsini sürətləndirir.

Eyni zamanda, şam qozaları zədələnmiş saçların parlaq və sağlam görünməsində istifadə olunur. Dəri hüceyrələrinin özü-özünə yenilənməsinə təsir edir, qırışları və qocalmanı azaldır.

Əsəbi insanlarda bir müddət sonra sinir çökməsi başlayır. Şam qozası tərkibindəki sakitləşdiricilər sayəsində bu halların qarşısını alır.

Sinir hüceyrələri təkcə ruhi xəstəliklərdə deyil, eyni zamanda beyində ciddi zədələrə səbəb olur. Şam qozaları əsəbləri sakitləşdirərək, diqqət dağınıqlığının qarşısını alır.

Bəs şam qozası suyu necə hazırlanır?

Yetişmiş yaşıl şam qozalarından üçünü kəsib, yarım litr suda qaynadın. 24 saat eyni suda gözlətdikdən sonra, qozaları süzüb ayrı bir qabda yenidən qaynadın. Acı dadı olduğu halda, bal əlavə edib gündə bir stəkan içə bilərsiniz.

Şam qozasının zərərləri nələrdi?

Suyu hazırlayarkən yaşıl şam qozasından istifadə edin. Digər reseptlərdə, məsələn, mürəbbə və ya bəkməz hazırladığınız zaman mütləq tam yetişmiş, qəhvəyi rəngli qozalardan istifadə edin. Eyni zamanda qədərindən çox istehlak etmək tövsiyə olunmur. Xüsusilə xroniki xəstəliyi olanların həkimlə məsləhətləşməsi gərəkdir.

teleqraf

Xəbər lenti