Xəzər Xəbər

Çin bu problemə də çarə tapdı

Maraqlı | 15:05 • 9 İyun 2018
Çin bu problemə də çarə tapdı

Çinin Şian şəhərində "ağıllı” telefonlara baxaraq yeriyən piyadalar üçün ayrıca zolaq yaradılıb.


AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, qırmızı, yaşıl və mavi rənglərə boyanan zolağın eni 80 santimetr, uzunluğu isə 100 metrdir. Magistraldan ayrılan zolağın üzərinə "ağıllı” telefon” işarəsi çəkilib. Bu da zolağı digər piyada yollarından ayırır.


Şəhərin sakinləri bu zolağın yaradılmasından mənunluqlarını bildiriblər. "Məlum olduğu kimi gənclər günlərini telefonlardan istifadə edərək keçirirlər. Belə bir təşəbbüsün reallaşmasını yüksək dəyərləndiririk. Hesab edirik ki, bu, telefonları ilə daha çox vaxt keçirən piyadaların müdafiəsi baxımdan əhəmiyyətlidir”, - deyə sakinlər vurğulayıblar.

Xəbər lenti