Xəzər Xəbər

Pişik polis şöbəsinə İŞƏ GÖTÜRÜLDÜ

Maraqlı | 14:48 • 9 Aprel 2018
Pişik polis şöbəsinə

ABŞ-da Troy şəhər polisi qeyri-addım atıb.

Bu barədə "MLive" nəşri məlumat yayıb. Belə ki, müsabiqə əsasında 6 pişik arasından biri polis orqanına işə götürülüb. Hələ ki, 450 qram çəkisi olan pişik fəaliyyətə başlamayıb. Bir neçə həftədən sonra çəkisi 1 kiloqrama yaxınlaşacağı təqdirdə o, işə başlayacaq.

Pişik əhaliyə sosial işlərdə və müxtəlif xeyriyyə tədbirlərində xidmət göstərəcək. Həmçinin onun adından polis şöbəsinin sosial şəbəkə hesabında xəbərlər dərc olunacaq./publika.az

Xəbər lenti

Çox oxunanlar