Xəzər Xəbər

Dubay polisi dünya rekordunu təzələdi

Maraqlı | 09:23 • 15 Yanvar 2018
Dubay polisi dünya rekordunu təzələdi

Birləşmiş Ərəb Əmirlikləri KİV-lərinin yaydığı məlumata görə, Dubay polisinin zabiti Abdulla Qollandi kvadrosiklin arxa təkərləri üstündə bir saata 60 kilometr qət edib və adını Ginnesin Rekordlar Kitabına yazıb. Əvvəlki dünya rekordu 2015-ci ildə arxa təkərlər üstündə 50 kilometr məsafə qət etmiş kanadalı Lukas Envudun olub. Dubay motofestivalında rekord yürüş zamanı hərəkətin sürəti saatda 60 kilometrdən 80 kilometrədək olub. Polis konvoyu idmançını şəhərətrafı Qanqut rayonundan festivalın keçirildiyi Dubay Beynəlxalq Ticarət Mərkəzinədək müşayiət edib.Abdulla Qollandi Dubay polisinin akrobat komandasının üzvüdür və öz nailiyyətləri ilə idman aləmində məşhurdur. 

(AZƏRTAC)

Xəbər lenti