Xəzər Xəbər

5 metrlik piton polisin qabağını kəsdi FOTO

Maraqlı | 11:37 • 13 Dekabr 2017
5 metrlik piton polisin qabağını kəsdi

Avstraliyada baş verən hadisə hamını heyrətdə qoyub

Avstraliyanın şərqində Kvinslend əyalətində sahə müvəkkilərinin rastlaşdığı mənzərə hər kəsdə maraq yaradıb.

Mashable-ın məlumatına görə, hüquqmühafizə orqanlarının iki əməkdaşı təqribən 5 metr uzunluğunda olan pitonla rastlaşıblar.

İlan yolu keçdiyi müddətdə polis əməkdaşı avtomobilini saxlamaq məcburiyyətində qalıb.

Qeyd edək ki, "Ametist piton" Avstraliyada yaşayan ən böyük ilan növlərindən biridir. Adətən ona meşədə rast gəlmək olur. Yemək qismində insanlar pitonu maraqlandırmır, adətən quş və kiçik məməlilərlə qidalanırlar./faktxəbər

Xəbər lenti