Xəzər Xəbər

İnsan ömrünü uzadan maddə ADİ QİDADA tapılıb

Maraqlı | 12:06 • 24 Noyabr 2017
İnsan ömrünü uzadan maddə

Böyük Britaniya alimləri eksperiment zamanı köhnə hüceyrələri cavanlaşdıran üsul aşkar ediblər. Alimlər bunu hətta "möcüzə" adlandırıblar.

Eksperiment zamanı köhnə hüceyrələr fəal böyünməyə və cavan kimi görünməyə başlayıb və onların telomerləri uzanıb. (Bu telomerlər xromosomların qurtaracağında yerləşir və orqanizmin qocalması nəticəsində getdikcə qısalır.)

Eksperimentin nəticələri BMC Cell Biology jurnalında dərc olunub.

Alimlər araşdırma zamanı hüceyrələrə "resveratrol" adlı maddə ilə təsir edirdilər. Bu maddə təbii şəkildə qırmızı şərabda, qırmızı üzümdə, tünd şokoladda və qaragilədə var. (Saglamolun.Az)

Xəbər lenti