Bakıda söküntü işləri zamanı ətrafdakı evlərə zərər vurulub. Bir-birinə bitişik olan bəzi evlərin divarında iri çatlar əmələ gəlib.
"Xəzər Xəbər"ə müraciət edən paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində yaşayan sakinlər belə iddia edirlər.
Dalan 2-ünvanında yaşayanlar deyirlər ki, bir müddət əvvəl ''Vialon'' tikinti şirkətinin əməkdaşları sözügedən ünvandakı fərdi evləri alıb, yerində bina inşa etmək üçün bəzi ailələrlə razılığa gəlib. Amma 60-a yaxın ev sahibi ilə qiymətdə razılaşma olmadığı üçün mənzillərini tərk etməyiblər.
Sakinlər deyirlər ki, tikinti şirkəti onlara bir kv/m üçün 1500-1800 manat kompensasiya ödəyir. Amma sakinlər yerləşdiyi ünvana görə bunun real bazar qiymətindən çox ucuz olduğunu əsas gətirərək şirkətlə müqavilə imzalamırlar.
Məsələ ilə bağlı ''Vialon'' tikinti şirkəti ilə əlaqə saxladıq. Şirkətin rəhbəri Ramil Qasımov iddia etdi ki, söküntü işlərini onlar yox, razılığa gəldikləri ev sahibləri özləri aparıblar.
Tikinti şirkətinin rəhbəri onu da əlavə etdi ki, söküntü aparılan yerdə çoxmərtəbəli binalar yox, dördmərtəbəli müasir təhsil koplkesinin inşası nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.