Ağdamda inşa ediləcək stadion UEFA-nın 4-cü kateqoriyasına uyğun olacaq.
Bunu Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elmir Mehdiyev deyib.
O bildirib ki, əsas meydandan əlavə, köməkçi meydança da nəzərdə tutulub. Həmçinin şəhər əhalisi buradan park zonası kimi də istifadə edə biləcək.
Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Hazırda bu kompleksin bərpası işlərinə də başlanılıb.
Pənahəli xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.
Ağdamın turizm petensialına dəstək vermək üçün şəhər mərkəzinə yaxın ərazidə hotel inşa olunub. Hotelin binası 5 mərtəbədən ibarətdir. Ən müasir standartlara cavab verən hotelin binasında 130 otaq var.
Ağdam rayonunun Xıdırlı kəndində hazırda 719 fərdi evin inşası davam etdirilir. Ərazidə infrastruktur obyektlərinin inşası çərçivəsində çoxfunksiyalı bina və müxtəlif mrkəzlər də tikilir.
Xıdırlıda olduğu kimi, Kəngərli kəndində də tikinti işləri plana uyğun qaydada davam etdirilir. Burada 632 fərdi evin tikintisi planlaşdırılır.
Rayonun Eyvazxanbəyli kəndində isə 1091 fərdi yaşayış evinin tikilməsi planlaşdırılır. Tikintinin ilkin mərhələsində kənddə 427 fərdi ev tikiləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.