Xəzər Xəbər

Paytaxtın mərkəzində 138 yaşlı hamam baxımsız vəziyyətdədir - Aidiyyəti qurum NƏ DEYİR? VİDEO

Veb TV | 21:50 • 20 Sentyabr 2024
Paytaxtın mərkəzində 138 yaşlı hamam baxımsız vəziyyətdədir - Aidiyyəti qurum NƏ DEYİR?

Yaşı bir əsri  əsri ötüb. Bu tarixi tikilinin yerləşdiyi məkan yaşayış evləri ilə əhatələndiyindən onu görmək üçün həyətə  girib eyvana çıxmaq lazımdır.

Xezerxeber.az xəbər verir ki, söhbət Yasamal rayonu, Süleyman Tağızadə küçəsi 76 ünvanında yerləşən 138  yaşlı hamamdan  gedir. Əsas giriş qapısı bağlıdır. İki günbəzli bu tarixi hamam sakinlərin həyətinə düşür.

Sakinlər deyir ki, bura maraq çoxdur. Şəhərə gələn turistlər bəzən yolunu məhz bu ünvandan da salır. Amma 138 yaşlı hamam baxımsız vəziyyətdədir.

Elə buna görədə sakinlərin özü bu tarixi məkanı qorumaq məcburiyyətindədir.

Aybəniz xanım deyir ki, bir neçə il öncə sözü gedən tikili icarəyə verilib. O, qeyd edib ki, fərdi həyətin içərisində olan bu tarixi tikili qorunur, məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar