Hər bir qadının öz enerjisi və özü də hiss etmədən istifadə etdiyi sehrbazlıq qüvvəsi var.
XəzərXəbər bu yazıda oxucuları güclü enerjiyə və təsiretmə qüvvəsinə malik olan qadın Zodiak işarələri ilə tanış edib.
Qoç
Qoç bürcləri lazım olmayan yerdə peyda olmaq kimi nadir qabiliyyətə
malikdir. Lazım olanda isə onlar dərhal kənara çəkilir. Bir neçə dəqiqə
əvvəl sizinlə səmimi söhbət edən Qoç xanımları bir anda gözdən itəndə
inciməyin. Ola bilsin ki, sizə də bu lənətə gəlmiş yerdən uzaqlaşmaq
lazımdır. Qoç qadınları sizə bu barədə xəbərdarlıq etmədiyi üçün
inciməyin. Çünki onlar bunu pis niyyətlə etmir, sadəcə özünü daha yaxşı
və rahat hiss etdiyi yerə qaçır.
Buğa
Buğa bürclərinin özəlliyi ondan ibarətdir ki, onların dediklərinin
reallaşması kimi qəribə xüsusiyyəti var. Onlar möhtərəm insandır, amma
bu bürclərə pislik etsəniz, sizin ünvanınıza lənətlər yağdırmağa
hazırdır. Hansı ki, onların reallaşma ehtimalı çox yüksəkdir. Lakin qeyd
etmək lazımdır ki, Buğaları özündən çıxarmaq üçün çox çalışmaq
lazımdır! Bu, baş verərsə, ehtiyatlı olun! Eyni zamanda elə düşünməyin
ki, Buğa bürcləri yalnız lənət oxuya bilir. Onlar sevdiyi insanların
ünvanına sevgi, əmin-amanlıq və xoşbəxtlik də arzulayır.
Əkizlər
bürclərinə hipnoz etmə bacarığı verilib. Onlar sizə hətta ən yad şeyləri
asanlıqla təlqin edə bilər. Bundan əlavə, onlar sizi öz iradəsinə tabe
edə və öz istəklərini yerinə yetirməyə məcbur edə bilər. Yaxşı ki,
Əkizlər xasiyyətcə kinli deyil, yoxsa daim onların təsiri altına
düşərdik.
Xərçəng
Ən ziyansız bürc Xərçənglərdir. Onlar "əli yüngül" olan xoşbəxtlərdir.
Xərçəng bürcləri nə edirsə, onlarda ideal alınır. Məsələn, əgər saç
ustanız Xərçəng bürcündəndirsə, onda saç kəsiminiz ən yaxşısı olacaq.
Əgər o, otaq bitkiləri ilə məşğul olursa, onda onun evində il boyu ən
nadir çiçəkləri görmək olar.
Əgər sevgiliniz Xərçəngdirsə, o zaman əvvəlcə münasibətlər inkişaf
edir, sonra isə Xərçənglər ən yaxşı məhəbbət romanlarında olduğu kimi
sizi sevgi və qayğısına boğa bilər.
Şir
Şirlər xırda məsələlərə fikri vermir, o, böyük oyunlar üzərində
oynayır. O, çoxlarının arzu etdiyi inanılmaz istedada malikdir. Məhz
onlar Kainata birbaşa arzularını göndərə bilir. Və onlar gerçəkləşir!
Həmişə! Bu zaman Şir qadınları heç bir əlavə qüvvə, heç bir ayin yerinə
yetirmir. İstədi? Əldə etdi! Özü də bu, təkcə Şirlər üçün işləyir.
Başqalarının istəyini yerinə yetirə bilmirlər. Düzü, buna çox da həvəsli
olmurlar.
Qız
Qız bürcləri başqalarının fikirlərini oxumaq kimi qeyri-adi qüvvəyə
malikdir. Bəli, Qızlar əsl telepatdır. Qızlar dərd çəkən adamın nə
barədə düşündüyünü çox tez tapa bilir. Paradoksdur, amma bu zaman Qız
özü heç bir mistikaya, ələlxüsus da öz gücünə inanmır. Öz gizli istedadı
barədə Qızlar belə düşünür: əgər hamı onun kimi başını işlətsəydi, onda
onun gördüklərini başqaları da görərdi.
Tərəzi
Tərəzilərə istedadlarını addım-addım özləri əldə edib. Onlar gələcəyi
qabaqcadan görə bilmək, yuxuları yozmaq və dərin fikirləşmək bacarığına
malikdir. Onlar birinci yoldan ötənə bütün sirlərini danışmağa hazırdır.
Bununla belə Tərəzilər hər kəsə aclıqdan və yoxsulluqdan danışır. Ona
görə yox ki, onlar bədbindir. Tərəzi bürcləri bunu qəlbinin
xeyirxahlığından edirlər və səmimi şəkildə hesab edirlər ki, əgər
taleyin bütün sürprizləri haqqında danışsalar, onda həyat maraqsız
olacaq!
Əqrəb
Çoxlarına məlumdur ki, Əqrəblər əsl ifritədir. Onların qəlbini sanki
şeytanlar ələ keçirib. Əgər siz Əqrəblərin xoşuna gəlməməsinizsə,
ehtiyatlı olun! Onun daxilindəki canavar dərhal bayıra çıxa bilər.
Bundan da hamı zərər çəkəcək!
Oxatan
Bu bürcün əsas bacarığı demək olar ki, bütün arzularını yerinə yetirə
bilməsidir. Amma Şirlər kimi sadəcə özləri üçün deyil. Qadın Oxatanlar
ətrafındakıların bütün istəyini yerinə yetirməyi bacarır. Onun ağlını ən
gözəl mənzərələr bəzəyir. Dəniz istəyirsiniz? O, asanlıqla sizi onun
fikrincə, ideal olan istirahət mərkəzinə göndərəcək. Əgər ora sizin
xoşunuza gəlməyibsə, o zaman Oxatan günahkar deyil ki, belə görür.
Oğlaq
Sehrbazlıq və Oğlaqlar bir-birindən tamamilə fərqlənir. O, heç bir
cəfəngiyata inanmır və hesab edir ki, heç bir sehr və digər qüvvələr
yoxdur. Buna görə də onlara heç bir sehrbazlıq qüvvəsi, hətta Əqrəblər
də təsir edə bilmir.
Dolça
Dolça bürcləri əlamətlərə çox inanır və həyatını onlar üzəridə qurur. Özü də Dolça qadınları əlamətləri heç nədən tapır. Əlbəttə ki, xüsusilə uğura ehtiyacı olanda işarələri yozmağa başlayır. Məsələn, qara pişik yol keçdisə və ya duz dağılıbsa, bu əlaməti əlinə pul keçəcəyi şəklində yozur.
Balıq
Balıqların sehrbazlıq istedadı məhəbbət aləmində özünü göstərir. O, heç bir canlının tab gətirə bilmədiyi öldürücü gücə malik olan zəhər bişirə bilir. Bir sözlə, qarşı tərəfi tələyə salmaq üçün əlindən gələni etməyə hazırdır. Bundan sonra o insan ömrünün sonuna qədər 24 saat ərzində Balıqların qayğısına qalmalıdır. Sadəcə hərdən pul qazanmaq üçün fikrini bu bürcdən ayıra bilər.
publika.az