Xəzər Xəbər

İngilis dilindən imtina edərək öz dillərində danışırlar Qorxudan proqramı dayandırdılar

Maraqlı | 15:30 • 2 Avqust 2017
İngilis dilindən imtina edərək öz dillərində danışırlar

"Facebook”un qurucusu Mark Zukerberq ilə "Tesla”nın yaradıcısı Elon Mask arasında süni intellektin imkanlarına dair mübahisələrin getdiyi bir vaxtda "Facebook” gözlənilməz addım atıb.

"Facebook” süni intellekt laboratoriyasında hazırladığı öz-özünə öyrənmə xüsusiyətinə malik "chatbot” proqramının fəaliyyətini dayandırıb.

Buna səbəb isə, "chatbot”lar arasında gedən çatlaşma olub. İlk baxışda elə təsəvvür yaranır ki, sözügedən "chatbot”lar xakerlər tərəfindən deşifrə edilib və onlardan "messencer” kimi istifadə ediblər. Lakin bu, belə deyil. İddialara görə, "chatbot”lar özləri öz aralarında mesajlaşmağa başlayıblar və bu zaman ingilis dilini "bir kənara qoyaraq” öz icad etdikləri dillərindən istifadə ediblər. "Chatbot”lar arasında gedən yazışmaları anlamayan tədqiqatçılar proqramı dayandırmaq məcburiyyətində qalıblar.

Bir həftə bundan əvvəl Zukerberq və Mask arasında süni intellektin dünyaya zərər verə biləcəyinə dair mübahisə başlayıb. Mask süni intellektin təhlükəli olduğunu müdafiə etdiyi halda, Zukerberq onun bu fikrini məsuliyyətsizcə ifadə olunan sözlər adlandırıb.

Tədqiqatçılar proqramı dayandırdıqdan sonra onları yenidən kodlaşdırıb və yazışmaların ingiliscə getməsini təmin edib. Daha bir fakt ondan ibarətdir ki, bu proqramlar insanlara xas sövdələşmə və yalan danışmaq xüsusiyyətini də mənimsəyib.

AzNews.az

Xəbər lenti