Xəzər Xəbər

50 min dollara konteyner- ev - FOTOLAR

Maraqlı | 16:33 • 3 Aprel 2017
50 min dollara konteyner- ev -

Müasir dövrdə konteyner-evlərdən istifadə hallarına getdikcə çox rast gəlinir. Konteynerlərdə insanların rahat yaşaması üçün zəruri hər bir şey düşünülüb.


AZƏRTAC "novate.ru” saytına istinadla bildirir ki, dəmir konstruksiyalı evlərdən biri də ABŞ-da hazırlanıb. İki nəfər üçün nəzərdə tutulan evdə geniş yataq və rahat qonaq otaqları və mətbəx var.


Bundan başqa, kiçik evdə vanna otağı və duş kabinəsi yerləşib. Ekspertlərin fikrincə, ev-konteynerlərin qiyməti təqribən 50 min dollardır.

Xəbər lenti