Xəzər Xəbər

Ötən il Azərbaycanda 160 min hektara yaxın sahə quraqlığa görə məhv olub

İqtisadiyyat | 11:23 • 13 Mart 2024
Ötən il Azərbaycanda 160 min hektara yaxın sahə quraqlığa görə məhv olub

Ötən il Azərbaycanda 160 min hektara yaxın sahə quraqlıqdan və su azlığından məhv olub.

Xezerxeber.az xəbər verir ki, bunu Bakıda Beynəxalq Su Təsərrüfat Sərgi və Konfransı - "Baku Water Week" sərgisinə həsr olunmuş konfransda kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

Nazir bildirib ki, dünyada baş verən iqlim dəyişiklikləri Azərbaycandan da yan keçmir.

“Ölkəmizdə təxminən 1,5 milyon hektara yaxın suvarılan sahə var. Bunun 78 faizini birillik, 9 faizini çoxillik, təxminən 13 faizini isə böyük sahələrin suvarılması təşkil edir. Ölkədə istehsal olunan kənd təsərrüfatının 90 faizi suvarılan sahələrdən əldə olunur. Məhsulun artırılması və sudan səmərəli istifadə üçün suyun sistemli şəkildə idarə olunmasına nail olmalıyıq”, - deyə nazir qeyd edib.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024