Xəzər Xəbər

Gürcüstan Milli Bankının valyuta ehtiyatları azalıb

İqtisadiyyat | 08:55 • 10 Mart 2024
Gürcüstan Milli Bankının valyuta ehtiyatları azalıb

Gürcüstan Milli Bankının beynəlxalq valyuta ehtiyatları 2024-cü ilin yanvar-fevral aylarında azalıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat Milli Bankın rəsmi saytında yerləşdirilib.

Məlumatda bildirilib ki, beynəlxalq ehtiyatlar 2024-cü il fevralın 29-da ilkin məlumatlara görə, 4746,3 milyon dollar təşkil edib. Ehtiyatlar fevralda 106,9 milyon dollara qədər azalıb.

Analitiklərin fikrincə, ehtiyatların həcminin dəyişməsi hökumətin və bank sektorunun valyuta əməliyyatları, eləcə də Gürcüstan Milli Bankının valyuta satışı ilə bağlıdır.

Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları 2023-cü il avqustun 31-də tarixi maksimuma çatıb və 5436,8 milyon dollar təşkil edib.

Qeyd olunub ki, xarici valyutaya çevrilən beynəlxalq ehtiyatlar Milli Bankın ehtiyatlarının əsas hissəsini təşkil edir və 4,3 milyard dollardır.

Gürcüstan Milli Bankı qızılda vəsait saxlamır.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024