Xəzər Xəbər

Azərbaycanın dəstəyi olmasaydı Avropada ağır enerji böhranı olardı

İqtisadiyyat | 18:45 • 1 İyun 2023
Azərbaycanın dəstəyi olmasaydı Avropada ağır enerji böhranı olardı

Biz Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini anlayırıq.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Payat jurnalistlərə açıqlamasında deyib.

“Əgər Azərbaycanın dəstəyi olmasa idi, Cənubi Avropada enerji böhranı ilə bağlı vəziyyət daha ağır olardı. Azərbaycan neft-qaz istehsalçısı kimi vacib rol oynayır. Azərbaycanla enerji əməkdaşlığımızın strateji əhəmiyyəti var”, - o qeyd edib.

Xəbər lenti