Xəzər Xəbər

İşğaldan azad edilmiş ərazilərdə yeni layihə AÇIQLAMA

İqtisadiyyat | 08:22 • 2 İyun 2023
İşğaldan azad edilmiş ərazilərdə yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə “yaşıl” texnologiyalardan və bərpa olunan enerji mənbələrindən istifadə konsepsiyası hazırlanıb. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib. Onun sözlərinə görə, bu strategiyanın əsas müddəaları həm ətraf mühitin, su ehtiyatlarının, flora və faunanın qorunub saxlanmasına, həm də ərazinin davamlı inkişafının təmin edilməsinə xidmət edir.

"Biz bu gün üçün işğaldan azad edilmiş ərazilərin 4 min meqavatlıq günəş enerjisi və 5 min meqavatdan çox külək enerjisi potensialını müəyyən etmişik. Həmçinin Qarabağ Azərbaycanın su ehtiyatlarının formalaşma mənbəyidir. Bu istiqamətdə su ehtiyatlarının bərpası, eləcə də mühafizəsinin təmin edilməsi istiqamətində işlər davam etdirilir", - deyə o bildirib. (trend)

Xəbər lenti