Xəzər Xəbər

German Qaluşenko: Azərbaycan Ukraynanın enerji sabitliyinə böyük töhfə verib

İqtisadiyyat | 13:12 • 8 Mart 2023
German Qaluşenko: Azərbaycan Ukraynanın enerji sabitliyinə böyük töhfə verib

Rusiyanın başladığı müharibə dönəmində Energetika Nazirliyinin koordinasiyası ilə Ukrayna enerji avadanlığı ilə birlikdə 450 humanitar yardım alıb. Yardımın ümumi çəkisi 5650 tondan çox olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri German Qaluşenko nazirliyin saytına müsahibəsində bildirib.

“Ukraynanın aldığı avadanlıqlar arasında 1700-dən çox generator, 1000-ə yaxın transformator, mobil qaz qazanları, xüsusi avadanlıq, elektrik xətlərinin təmiri üçün yüksək gərginlikli avadanlıq, mobil kabel laboratoriyası və çoxlu materiallar var. Bu yardım sayəsində biz rusların raketlərdən, dronlardan və artilleriya ilə vurduğu çox sayda enerji infrastrukturu obyektlərinin işini bərpa edə bildik. Bu, Ukraynanın enerji sabitliyinə çox böyük töhfədir və nəhayət bizim gələcək qələbəmizdir”, - deyə nazir əlavə edib.

Qaluşenkonun sözlərinə görə, Ukraynaya humanitar yardım müxtəlif qitələrdən 30 ölkə tərəfindən edilib. Bunlar arasında Azərbaycan, ABŞ, Avstriya, Böyük Britaniya, Polşa, İsveç, Almaniya, İtaliya və digər ölkələr var.

“Tərəfdaşlarımızın avadanlıqlarından istifadə edərək milyonlarla ukraynalıya işıq və istilik qaytardıq. Son dərəcə bu çətin qışdan çıxdıq və artıq növbəti istilik mövsümünə hazırlaşırıq. Beynəlxalq koalisiya təkcə bizim deyil, həm də dünyanın enerji təhlükəsizliyinə töhfə verir”, - deyə Qaluşenko vurğulayıb.

Xəbər lenti