Xəzər Xəbər

Dövlət ərzaq ehtiyatlarının istifadə ediləcəyi məqsədlər müəyyənləşdirilir

İqtisadiyyat | 15:26 • 1 Dekabr 2022
Dövlət ərzaq ehtiyatlarının istifadə ediləcəyi məqsədlər müəyyənləşdirilir

Ölkədə dövlət ərzaq ehtiyatlarının istifadə ediləcəyi məqsədlər müəyyənləşdirilir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, dövlət ərzaq ehtiyatları dövlət və səfərbərlik ehtiyatlarının tərkib hissəsidir. Dövlət ərzaq ehtiyatları qanunla müəyyən edilmiş hallarda ölkənin qida məhsullarına olan ehtiyacını ödəmək, iqtisadiyyatın sabitliyini təmin etmək məqsədilə qida sənayesinə, iqtisadiyyatın digər sahələrinə, idarələrinə və təşkilatlarına köməklik göstərmək, ölkə əhalisinə, xarici dövlətlərə, ictimai və dini təşkilatlara humanitar yardım etmək üçün sərf olunur.

Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar komitələrinin dekabrın 1-də keçirilən iclasının gündəliyinə daxil edilən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb.

Dövlət ərzaq ehtiyatlarının bu Qanunun 30.2.1-ci maddəsi (qanunla müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının qida məhsullarına olan ehtiyacını ödəmək) ilə müəyyən edilmiş haldan başqa məqsədlər üçün istifadəsinə yol verilmir.

Xəbər lenti