Xəzər Xəbər

Ukrayna son bir ayda 3,8 milyard dollar beynəlxalq yardım alıb

İqtisadiyyat | 15:46 • 1 Dekabr 2022
Ukrayna son bir ayda 3,8 milyard dollar beynəlxalq yardım alıb

2022-ci ilin noyabrında Ukrayna 151 milyard qrivna (3,8 milyard dollar) xarici maliyyə dəstəyi cəlb edib. Bunlar ödəniş tələb etməyən kredit və qrantlardan ibarətdir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Maliyyə komitəsinin üzvü Yaroslav Jeleznyak teleqram səhifəsində yazıb.

"Bu göstərici rekord deyil, avqustda bu, 172 milyard qrivna idi, lakin ikinci yerdir", - deyə deputat qeyd edib.

Y.Jeleznyak xatırladıb ki, Ukrayna Milli Bankı 30 milyard qrivna çap edib. Müharibə istiqrazları büdcəyə daha 26,3 milyard qrivna gətirib.

Xatırladaq ki, Avropa Komissiyası Ukraynaya 2023-cü il üçün 18 milyard avro məbləğində maliyyə yardımı paketi elan edib. Proqrama əsasən, Ukrayna büdcəni dəstəkləmək üçün hər ay 1,5 milyard avro alacaq. 

Xəbər lenti