Xəzər Xəbər

Bu ərazilərdə yerüstü piyada keçidləri tikilir FOTO

İqtisadiyyat | 14:52 • 15 Avqust 2022
Bu ərazilərdə yerüstü piyada keçidləri tikilir

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən kompleks tədbirlər həyata keçirilir.

AAYDA-dan xezerxeber.az-a verilən məlumata görə, bu istiqamətdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 25-ci kilometrlik hissəsində, eyni zamanda, Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində inşa olunan yerüstü piyada keçidlərinin platformalarının quraşdırılması işləri aparılıb.

Qeyd edək ki, inşası aparılan yerüstü piyada keçidləri yüngül konstruksiyalıdır.

Sözügedən piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa olunur. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsinin təmin olunması, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətinin təşkil edilməsidir.

Hazırda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır. Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə tutulur.

Xəbər lenti