Xəzər Xəbər

Buğda Azərbaycana neçəyə idxal edilir?

İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb
İqtisadiyyat | 14:23 • 15 Avqust 2022
Buğda Azərbaycana neçəyə idxal edilir?

İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, bu ilin iyun ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 102,5 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 123,9 faiz, cari ilin yanvar-iyun aylarında ötən ilin yanvar-iyun aylarına nisbətən isə 121,5 faiz təşkil edib.

İyulda ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 696,53 manat olub.

İyunda ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 105,7 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 185,6 faiz, bu ilin yanvar-iyun aylarında 2021-ci ilin eyni dövrünə nisbətən isə 178,9 faiz təşkil edib.

Xəbər lenti