Xəzər Xəbər

Pensiyaçılara XƏBƏR VAR: 400 milyon manat...

“Pensiya fondu”na əlavə 400 milyon manat vəsait daxil olub
İqtisadiyyat | 13:11 • 12 Avqust 2022
Pensiyaçılara XƏBƏR VAR: 400 milyon manat...

2022-ci ilin yanvar-iyul aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 609 milyon 464,5 min manat olub.

XəzərXəbər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz və ya 391 milyon 262,7 min manat artıb. Proqnoz  44 milyon 238,1 min manat artıq icra edilib.

Xidmətin məlumatına əsasən daxilolmaların artması muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində baş verib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 90.9 milyon manat olub və proqnoz 104,9 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 19,5 faiz artaraq 66,1 milyon manat təşkil edib, proqnoz 103,4 faiz icra olunub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz artaraq 458,6 milyon manat olub, proqnoz 103,3 faiz yerinə yetirilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 52,8 faiz artaraq 311,6 milyon manat təşkil edib, proqnoz 101,8 faiz icra olunub.

Xəbər lenti