Xəzər Xəbər

İdxal və ixrac olunan məhsulların qiymət indeksləri

İqtisadiyyat | 09:06 • 21 İyun 2022
İdxal və ixrac olunan məhsulların qiymət indeksləri

İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb.

Xezerxeber.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 2022-ci ilin aprel ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 102,8 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 121,1 faiz, 2022-ci ilin yanvar-aprel aylarında 2021-ci ilin yanvar-aprel aylarına nisbətən isə 120,3 faiz təşkil edib. Eyni zamanda, aprel ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 95,9 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 179,8 faiz, 2022-ci ilin yanvar-aprel aylarında 2021-ci ilin yanvar-aprel aylarına nisbətən isə 175,9 faiz olub.

Xəbər lenti