Xəzər Xəbər

Rusiyadan Azərbaycana bu yolla pul köçürmək mümkündür

Köçürmə üçün komissiya ödənilmir
İqtisadiyyat | 14:10 • 20 May 2022
Rusiyadan Azərbaycana bu yolla pul köçürmək mümkündür

Rusiya Yenidənqurma və İnkişaf Bankı (MTS) Azərbaycana pul köçürmələri həyata keçirir.

Xezerxeber.az-ın məlumatına görə, Bankdan AZƏRTAC-a bildiriblər ki, köçürmələr “Granat Partnyoram” servisi vasitəsilə həyata keçirilir. Pul vəsaitini Rusiyanın istənilən bankının kartı vasitəsilə rublla göndərib Azərbaycanda dollar və ya avro ilə almaq olar.

Köçürmə üçün komissiya ödənilmir. Nağd pul vəsaiti isə “MBA-Moskva” bankından göndərilə bilər.

Maksimal məbləğ 5 min dollar və ya 5 min avro nəzərdə tutulub.

Xəbər lenti