Xəzər Xəbər

Buğda ehtiyatları tükənir: 10 həftədən sonra…

İqtisadiyyat | 15:47 • 20 May 2022
Buğda ehtiyatları tükənir: 10 həftədən sonra…

Dünyanın ən böyük kənd təsərrüfatı üzrə analiz firmalarından olan “Gro Intelligence”nin rəhbəri xanım Sara Menker dünyada 10 həftəlik istehlak üçün buğda ehtiyatının qaldığı haqqında xəbərdarlıq edib.

“Bloomberg” bildirir ki, “Gro Intelligence”nin məlumatına görə bu ehtiyat göstəricisi 2008-ci il maliyyə böhranından bəri qeydə alınan ən aşağı səviyyədir.

Bu səviyyə gözləniləndən daha pis hesab olunur. Belə ki, hökumətlər qlobal buğda ehtiyatlarının illik istehlakın 33 faizi qədərində olduğunu iddia edərkən, “Gro Intelligence”nin baş direktoru Sara Menker cümə axşamı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qida təhlükəsizliyi ilə bağlı iclasda çıxış edərək, bu nisbətin əslində 20 faizə yaxın olduğunu söyləyib. Uzun müddətdir yaxınlaşan ərzaq böhranı ilə bağlı xəbərdarlıq edən Menker artan aclıq təhlükəsi qarşısında təcili tədbirlər görülməsi lazım olduğuna diqqəti yönəldib.

Şirkət rəhbərinin sözlərinə görə artan məhsul qiymətləri, quraqlıq və artan gübrə qiymətləri qarşıdakı dövrdə taxıl tədarükünü təhlükə altına ala bilər./Sfera.az 

Xəbər lenti