Xəzər Xəbər

Dollar dəyişmək istəyənlər diqqətli olsun - Vergi ödəyicisi kimi avtomatik qeydiyyata düşə bilərlər

İqtisadiyyat | 4,221 | 10:09 • 15 May 2022
Dollar dəyişmək istəyənlər diqqətli olsun - Vergi ödəyicisi kimi avtomatik qeydiyyata düşə bilərlər

“Vətəndaşın il ərzində dollar alması üçün limit təyin edilib. Bu limiti tamamlayan vətəndaşlar üçün banklarda VÖEN açdırmaları tövsiyə edilə bilər, amma bu cür tələb qoymaq əsassızdır. Nəzərə almaq lazımdır ki, vətəndaş vergi ödəyicisi kimi daha çox dollar ala bilər”.

Bunu açıqlamasında iqtisadçı Rəşad Həsənov deyib.

R.Həsənov qeyd edib ki, vətəndaşın vergi ödəyicisi kimi qeydiyyata alınması da asan proses deyil: “Yəni, bunun üçün vətəndaş sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır. Təkcə dollar almaq üçün VÖEN açdırmaq doğru deyil. Mən bankların dollar dəyişmək üçün belə tələb irəli sürməsi halı ilə rastlaşmamışam. Ola bilər ki, kommersiya şirkətləri tərəfindən vətəndaşlara tövsiyə edilsin”./Pravda.az

Xəbər lenti