Xəzər Xəbər

Ukraynadan dünyaya XƏBƏRDARLIQ: Vəziyyət həqiqətən kritik olacaq

İqtisadiyyat | 09:02 • 15 May 2022
Ukraynadan dünyaya XƏBƏRDARLIQ: Vəziyyət həqiqətən kritik olacaq

Ukraynadan taxıl ixracı ilə bağlı problemlər dünyanın bəzi ölkələrində aclığa və inflyasiyaya səbəb olacaq.

Bunu "NV"yə müsahibəsində Ukrayna Taxıl Assosiasiyasının prezidenti Nikolay Qorbaçov deyib.

"Əgər Ukraynadan ixrac bloku açılmasa, vəziyyət həqiqətən kritik olacaq. Bizim münbit torpaqlarımız və Afrika və Asiya ilə yaxşı nəqliyyat əlaqəmiz var. Beləliklə, biz həddindən artıq bahalı taxıl ala bilməyən ölkələri təmin edərik".

O, həmçinin vurğulayıb ki, Ukrayna taxılının ixracı ilə bağlı çətin vəziyyət hətta inkişaf etmiş iqtisadiyyatı olan ölkələri də vuracaq:

"Alış-veriş azalacaq. Bu isə iqtisadiyyatı zəif inkişaf etmiş ölkələrdə aclıqla səbəb olacaq. İqtisadiyyatı inkişaf etmiş ölkələrdə isə bu, ciddi inflyasiya proseslərini təhrik edəcək"./publika.az

Xəbər lenti