Xəzər Xəbər

Aprel ayında bahalaşan qeyri-ərzaq məhsulları

İqtisadiyyat | 12:37 • 14 May 2022
Aprel ayında bahalaşan qeyri-ərzaq məhsulları

Cari ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, əvvəlki ilin aprel ayına nisbətən 107,1 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, cari ilin aprel ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyim və ayaqqabıların, inşaat materiallarının, soyuducuların, kondisionerlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, sabunların, şampunların və yazı kağızlarının qiymətlərində müşahidə olunub.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xəbər lenti

Çox oxunanlar