Xəzər Xəbər

Azərbaycanda gündəlik neft hasilatı açıqlanıb

İqtisadiyyat | 12:25 • 14 May 2022
Azərbaycanda gündəlik neft hasilatı açıqlanıb

Cari ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 693,1 min barel olub.

Energetika Nazirliyindən xezerxeber.az-a bildirilib ki, bunun 579,1 min barelini xam neft, 114 min barelini isə kondensat təşkil edib.

Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin 26-cı iclasında qəbul edilmiş razılaşmaya əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin aprelində daha 7 min barel artırılaraq 682 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 36 min barel həcmində olması nəzərdə tutulurdu.

Xəbər lenti