Xəzər Xəbər

OPEC ölkələri yeni baş katib seçəcəklər

İqtisadiyyat | 09:10 • 2 Dekabr 2021
OPEC ölkələri yeni baş katib seçəcəklər

Ötən gün OPEC ölkələrinin nazirləri arasında keçirilən iki saatlıq görüşdə yanvar ayında növbədənkənar iclasın keçirilməsi barədə razılıq əldə edilib.

XəzərXəbər xəbər verir ki, bu barədə TASS danışıqlarda iştirak edən mənbə xəbər verib.

Mənbənin sözlərinə görə, yanvarda keçiriləcək növbədənkənar iclasda OPEC ölkələri təşkilatın yeni baş katibini seçəcəklər:

"Görüş başa çatdı. OPEK+ ölkələrdən ayrı olaraq yanvarda növbədənkənar iclas keçirmək barədə razılaşdıq. İclasda yeni baş katib seçiləcək".

Mənbə növbədənkənar iclasın keçiriləcəyi dəqiq tarixi açıqlamayıb.

Qeyd edək ki, OPEC-in baş katibi vəzifəsini 2016-cı ildən Məhəmməd Barkindo tutur. Onun səlahiyyətlərinin ikinci müddəti 2022-ci ilin iyul ayında başa çatır.

Xəbər lenti