Xəzər Xəbər

Hansı sahibkarlara dəstək göstəriləcək? - Meyarlar AÇIQLANDI

İqtisadiyyat | 18:33 • 1 Dekabr 2021
Hansı sahibkarlara dəstək göstəriləcək? - Meyarlar AÇIQLANDI

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası”nda dəstək tədbirlərinin təşkilini və dəstək məbləğinin ödənilməsini Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) həyata keçirir. 

XəzərXəbər xəbər verir ki, Bu Qayda ilə müəyyən edilmiş dəstək tədbirlərinin maliyyələşdirilməsi mənbələri bunlardır:

1. Agentliyə dövlət büdcəsindən ayrılmış vəsait;

2. Agentliyin fəaliyyəti nəticəsində əldə etdiyi sərbəst vəsait;

3. qrantlar, ianələr, texniki və maliyyə yardımları;

4. sahibkarlıq subyektlərinin sosial məsuliyyət çərçivəsində ayırdıqları vəsait;

5. qanunla qadağan edilməyən digər mənbələr.

Bundan başqa, KOBİA həmin dəstək tədbirlərində iştirak edəcək sahibkarları məhsulun Azərbaycanda ilk dəfə istehsal olunması, məhsulun idxalı əvəzləmək potensialı, məhsulun, Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda istehsal edilməsi,  sahibkarın ticarət şəbəkələrinə çıxış təcrübəsinin olmaması meyarlarına görə seçəcək. 

Bu Qaydada nəzərdə tutulmuş dəstək məbləğinin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.

Xəbər lenti

Saatlıda mağaza yanıb
18:09 • 20 Yanvar 2022