Xəzər Xəbər

Rektordan maraqlı TƏKLİF: Məzunlara iş bacarıqlarını göstərən əlavə sənəd verilsin!

İqtisadiyyat | 12:48 • 28 Oktyabr 2021
Rektordan maraqlı TƏKLİF: Məzunlara iş bacarıqlarını göstərən əlavə sənəd verilsin!
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov maraqlı təkliflə çıxış edib.
 
XəzərXəbər bildirir ki, o, məzunların bacarıqlarını göstərən yeni sənədin verilməsinə ehtiyac olduğunu deyib:
 
"İşəgötürənlər tərəfindən hazırda daha çox tələb olunan kompetensiyalardır. Kompetensiya ümumi və qısa desək, bu və ya digər işin görülməsi bacarığıdır. İşəgötürən üçün vacib olan iddiaçının diplomu yox, onun işləmək bacarığıdır. Bu baxımdan bu gün məzunlara verilən diplom həmin bacarıqların göstəricisi deyil. Ona görə də düşünürük ki, gələcəkdə ali təhsil məzunlarının bacarıqlarını göstərən yeni sənədin verilməsinə ehtiyac var. Bu sənəd qeyri-akademik transkript ola bilər”.

 

Rektor qeyd edib ki, məzunlarda həmin bacarıqların qiymətləndirilməsi üçün əsas meyarların işəgötürənlərlə birgə hazırlanmasını məqsədəuyğun hesab edir:
 
"Bacarıqların formalaşdırılması, forma və metodlarının universitetlərin müstəsna  səlahiyyətində saxlanması vacibdir”./sfera

Xəbər lenti