Xəzər Xəbər

Azərbaycanda dövlət rüsumlarının məbləği DƏYİŞDİRİLİR

İqtisadiyyat | 12:42 • 28 Oktyabr 2021
Azərbaycanda dövlət rüsumlarının məbləği DƏYİŞDİRİLİR

Noyabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçiriləcək.

İclasın gündəliyinə “Dövlət rüsumu haqqında”, “Sığorta fəaliyyəti haqqında” qanunlara, Su Məcəlləsində, Gömrük Məcəlləsində və digər qanunlarda dəyişikliklərin edilməsi daxil edilib.

İclasda dövlət rüsumlarının inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməsi, dövlət rüsumlarının tam olaraq büdcəyə köçürülməsi, sığorta münasibətlərinin dəqiqləşdirilməsi, su obyektlərinin xüsusi məqsədlər üçün istifadəyə verilməsi qaydaları, səlahiyyətli iqtisadi operator statusuna görə rüsumun müəyyən edilməsi və digər məsələlər müzakirə ediləcəkdir./trend

Xəbər lenti