Xəzər Xəbər

Bu ölkədə elektrik enerjisinin qiyməti artdı

İqtisadiyyat | 09:18 • 22 Sentyabr 2021
Bu ölkədə elektrik enerjisinin qiyməti artdı

Fransada təbii qaz və yanacağın qiymətinin artmasından sonra elektrik enerjisinin də qiyməti artıb. Artıq ölkədə bir ailə elektrik enerjisinə ildə 1550 avro yox, 1700 avro ödəyəcək.

Fransada hər bir ev elektrik enerjisi üçün ildə 150 avro artıq ödəməli olacaq. Ölkədə 2007-ci ildən bu günədək elektrik enerjisinin qiyməti 60 faiz artıb.

Fransada təbii qaz satışının qiyməti iyulda 10 faiz, avqustda 5 faiz, sentyabrın 1-dən isə 8,7 faiz artıb. Təbii qazın qiymətinin artma səbəbi bütün dünyada baş verən artımla əlaqələndirilir./Publika.az

Xəbər lenti

Çox oxunanlar