Xəzər Xəbər

DOLLAR qərarının vaxtı məlum oldu – FED-in mərhələli planı nədir?

İqtisadiyyat | 12:57 • 22 Sentyabr 2021
DOLLAR qərarının vaxtı məlum oldu – FED-in mərhələli planı nədir?

Xəbər verdiyimiz kimi, bu gün Federal Ehtiyatlar Departamentinin dolların uçot dərəcəsi ilə bağlı qərar verəcəyi gözlənilir. 

Qərarın açıqlanacağı vaxt bəlli olub. FED sədri Cerom Pouellin Bakı vaxtı ilə saat 22:30-da mətbuat konfransı keçirərək, açıqlama verəcəyi gözlənilir. 

Qeyd edək ki, ekspertlər hələ ki dolların faiz dərəcəsinin artırılacağını düşünmürlər. Hesab olunur ki, ABŞ Mərkəzi Bankı faizləri 0-0,25% aralığında saxlayacaq. 

FED gözlənilən mühüm qərar hələlik istiqraz alışının azaldılmasıdır. Bu isə növbəti mərhələdə dolların bahalaşması sürətləndirə bilər.

Qeyd edək ki, FES-lə yanaşı dünyanın böyük banklarının da milli valyutaların faiz dərəcələrini hələ ki, eyni səviyyədə saxlayacağı gözlənilir.

Yaponiya Mərkəzi Bankı artıq faiz qərarını açıqlayıb. Yenin faiz dərəcəsi mənfi 0,10% kimi saxlanılıb. Sabah isə Böyük Britaniyanın Mərkəzi Bankı faiz qərarını açıqlayacaq. /Bizim.Media

Xəbər lenti