Xəzər Xəbər

Azərbaycanda bu şəxslərin əməkhaqları ARTDI CƏDVƏL

İqtisadiyyat | 22,263 | 13:58 • 16 Sentyabr 2021
Azərbaycanda bu şəxslərin əməkhaqları ARTDI

2021-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 728,5 manat təşkil edib.

XəzərXəbər xəbər verir ki, “oxu.az”ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 1,8 faiz artıb.

Əməkhaqqı neft-qaz sektorunda 3207,5 manat, qeyri neft-qaz sektorunda 678,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 646,2 manat, özəl müəssisələrdə isə 827,8 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Xəbər lenti

Çox oxunanlar