Xəzər Xəbər

Azərbaycanda geniş pul kütləsinin həcmi artdı

İqtisadiyyat | 17:43 • 24 Aprel 2021
Azərbaycanda geniş pul kütləsinin həcmi artdı

Bu il aprelin 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 29 mlrd 299,5 mln manat təşkil edib.

XəzərXəbər-in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, martın 1-i ilə müqayisədə 2,5 %, ilin əvvəli ilə müqayisədə 0,4 %, ötən il aprelin 1-nə nisbətən isə 9,6 % çoxdur.

Martın sonuna manatla geniş pul kütləsinin həcmi 20 mlrd 319,9 mln manat təşkil edib. Bu isə aylıq müqayisədə 3,7 %, ilin əvvəli ilə müqayisədə 0,07 %, ötən ilin martın sonuna nisbətən isə 23,6 % çoxdur.

Xəbər lenti