Xəzər Xəbər

Subsidiya ödənişi edilən fermerlərin sayı açıqlandı

İqtisadiyyat | 17:55 • 14 Aprel 2021
Subsidiya ödənişi edilən fermerlərin sayı açıqlandı

Payızlıq əkinlərə görə subsidiya almış fermerlərin sayı 245 min 927 nəfərə çatıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, müraciətləri təsdiqlənmiş daha 17 min 929 fermerə əkin subsidiyası ödənilib.

Ümumilikdə 335 min nəfərdən artıq fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 2020-ci il üzrə payızlıq əkinləri bəyan edib və onlardan torpaq sənədləri təsdiqlənən fermerlərin subsidiya müraciəti qəbul edilib.

Subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25 faiz nağdlaşdırıla bilən və 75 faiz nağdsız hissə şəklində ödənilib. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı qazanıblar.

Xəbər lenti