Xəzər Xəbər

Banklar bugünkü valyuta hərracında 63,1 mln. dollar cəlb edib

İqtisadiyyat | 12:59 • 28 İyul 2020
Banklar bugünkü valyuta hərracında 63,1 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən xezerxeber.az-a verilən məlumata görə, hərracda tələb 63,1 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (23 iyul 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 5,2% və ya 3,1 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xəbər lenti