Xəzər Xəbər

Avtobuslarda havalandırma sistemindən istifadə ilə bağlı qaydalar hazırlanır

İqtisadiyyat | 11:34 • 10 İyun 2020
Avtobuslarda havalandırma sistemindən istifadə ilə bağlı qaydalar hazırlanır

"Mövcud pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi olan TƏBİB-lə məsləhətləşmələr aparılır. TƏBİB-in tövsiyəsinə əsasən, avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin işə salınmasına məhdudiyyət qoyulub. Bildirilib ki, havanın daxildə dövr olunması COVID-19 infeksiyasının yayılma riskinin artırır".


Bu barədə xezerxeber.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.


Qurum qeyd edib ki, avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır. Yekun qərar və qaydalar qəbul olunacaq və bu barədə əlavə məlumat veriləcək: "Buna qədər isə avtobuslarda pəncərələri açıq saxlamaqla təbii havalandırmanın təmin olunması ilə bağlı göstəriş verilib".

Qeyd olunanları nəzərə alaraq sərnişinlərimizdən məsələlərə anlayışla yanaşmalarını xahiş edirik.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024