Bakı 25 ℃
Xəzər Xəbər
USD 1.7

Azərbaycanda problemli kreditlər azalıb

İqtisadiyyat | 490 | 18:28 • 31 May 2020
Azərbaycanda problemli kreditlər azalıb

Bu ilin may ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 232,4 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 154,4 mln. manat və ya 11% azalıb.


Azərbaycan Mərkəzi Bankından (AMB) xezerxeber.az-a verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 40,7 mln. manat və ya 3,2% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 271,4 mln. manat və ya 18% azalıb.


Qeyd edək ki, mayın 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 8,1% təşkil edib.


Xatırladaq ki, bu göstərici aprelin 1-nə 8,9%, ilin əvvəlində 8,3%, ötən ilin müvafiq dövründə isə 11,6% olub.

Xəbər lenti

Çox oxunanlar