Xezerxeber.az xəbər verir ki, bunu Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.
O bildirib ki, hazırda Bakı Beynəlxalq Avtovağzalı Kompleksindən sərnişindaşıma yalnız Sumqayıt və Abşeron istiqamətində həyata keçirilir. Əvvəllər bu istiqamətdə gün ərzində 3 min nəfər daşınırdısa indi bu rəqəm 300 sərnişin olub. Bütün avtovağzallar və nəqliyyat vasitələrində mütəmadi dezinfeksiya işləri aparılır.