Martın 4-ü Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti başa çatır.
4 mart 2019-cu il tarixindən bir il müddətinə artırılan əmanətlərin tam sığortalanması sisteminin başa çatmasına cəmi 2 gün qalıb.
Qeyd edək ki, 2016-cı ildə 3 il müddətinə əmanətlərin tam sığortalanması qərarı verilsə də, 2019-cu ilin fevralında bu müddət daha bir il artırılmışdı.
Müddət artırılmasa, 4 martdan etibarən banklarda olan əmanətlərin yalnız 30 min manata qədər olan hissəsi dövlət təminatına alınacaq./axar.az