Bu ilin yanvar-iyun aylarında Azərbaycandan MDB ölkələrinə 608 milyon 662 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a bildirilib ki, bu, ötən ilin eyni dövründəki göstəriciyə nisbətən 60 milyon 694 min dollar çoxdur.
Altı ayda Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 518 milyon 421 min dollar olub.