Xəzər Xəbər

Azərbaycanda 6,3 milyon ton neft və 6 milyard kubmetrədək təbii qaz çıxarılıb

İqtisadiyyat | 13:23 • 27 Mart 2019
Azərbaycanda 6,3 milyon ton neft və 6 milyard kubmetrədək təbii qaz çıxarılıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 6 milyon 371,9 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 5 milyard 952,8 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 3 milyard 907 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.


Dövlət Statistika Komitəsindən bildirilib ki, iki ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 5,4 milyard manat olmaqla əvvəlki ilin eyni dövrünə nisbətən 3,1 faiz çoxalıb.


Ölkədə neft istehsalı əvvəlki ilin müvafiq dövrünün səviyyəsində qalıb, qaz hasilatı isə 34,3 faiz artıb.

Xəbər lenti