Xəzər Xəbər

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İqtisadiyyat | 10:21 • 12 Sentyabr 2018
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 10 milyon manat həcmində, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.


BFB-dən xezerxeber.az-a bildiriblər ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 94.3543 AZN (12.0661 faiz) və 97.1106 AZN (6.0000 faiz) olan 23 sifariş təqdim edilib.


Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 96.4148 AZN (7.4986 faiz), orta ölçülmüş qiyməti 96.4633 AZN (7.3935 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 46 160 200, 00 AZN, yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edib. İstiqrazlar 2019-cu il martın 12-də ödəniləcək.

Xəbər lenti