Xəzər Xəbər

Avtomobildə gömrükdən gizlədilən mobil telefonlar aşkar edildi

İqtisadiyyat | 11:46 • 3 Avqust 2018
Avtomobildə gömrükdən gizlədilən mobil telefonlar aşkar edildi

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin "Samur" gömrük postunda Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Astra" markalı avtomobilə gömrük baxışı keçirilib.


Xezerxeber.az Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir ki, yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ön şüşəsilənlərinin alt hissəsindəki boşluqda, qutuları və aksesuarları ("qulaqcıq"lar, adapterlər) ilə birlikdə 2 ədəd "Samsung Galaxy A3" markalı mobil telefon aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024